Xəzər Xəbər

“Qarabağ”ın İsveçə səfər planı bəlli olub

İdman | 14:30 • 30 Sentyabr 2023
“Qarabağ”ın İsveçə səfər planı bəlli olub

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Hekken” komandasının qonağı olacaq “Qarabağ”ın İsveçə səfər planı açıqlanıb.

Klubun mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisi oktyabrın 3-də saat 18:00-da Skandinaviya ölkəsinə yola düşəcək.

Azərbaycan çempionu Höteborqdakı “Scandic Opallen” hoteldə məskunlaşacaq.

Oktyabrın 4-də “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı, daha sonra isə komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024