Xəzər Xəbər

Bu futbolçu güllələnərək ÖLDÜRÜLDÜ

İdman | 11:05 • 6 Sentyabr 2023
Bu futbolçu güllələnərək

Panama futbol yığmasının üzvü öldürülüb.

Xezerxeber.az xəbər verir ki, Panama millisinin 26 yaşlı müdafiəçisi Gilberto Ernandes Kolon şəhərində güllələnib.

O, dostları ilə kənd mərkəzində olduğu zaman taksi ilə gələn şəxslər onu güllələyiblər. Hadisə zamanı 7 nəfər də yaralanıb. Şübhəli şəxslər arasında saxlanılanlar var.

Qeyd edək ki, 2017-ci ildə başqa bir panamalı futbolçu, yarımmüdafiəçi Amilkar Enrikes də güllələnərək öldürülmüşdü.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024