Xəzər Xəbər

Futbol üzrə Almaniya kubokunun qalibi “Leyptsiq” olub

İdman | 08:38 • 4 İyun 2023
Futbol üzrə Almaniya kubokunun qalibi “Leyptsiq” olub

İyunun 3-də futbol üzrə Almaniya kubokunun qalibi müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, həlledici qarşılaşmada “Leyptsiq” və “Ayntraxt” klubları üz-üzə gəlib.

Matç “Leyptsiq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları 71-ci dəqiqədə Kristofer Nkunku və 85-ci dəqiqədə Dominik Soboslay vurublar.

Qeyd edək ki, bu, “Leyptsiq”in Almaniya kubokunda ikinci zəfəridir.

Xəbər lenti