Xəzər Xəbər

Bakıda buz meydançası istifadəyə verildi FOTOLAR

İdman | 14:21 • 2 İyun 2023
Bakıda buz meydançası istifadəyə verildi

İyunun 2-də Heydər Əliyev adına İdman Konsert Kompleksində buz meydançasının açılışı olub.

Xezerxeber.az bu barədə Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

Meydançanın açılışında 2023-cü il Qran-Pri və Qış Olimpiya Festivalının iştirakçısı Səbinə Əliyeva nümunəvi çıxış göstərib.

Tədbirdə federasiya rəhbərləri, Olimpiya və dünya çempionları, idman səfirləri və idman ictimaiyyətinin nümayəndələri, məktəblilər, eləcə də ahıllar evlərinin sakinləri iştirak ediblər.

Qeyd edək ki, burada fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkan var. Müxtəlif yaş qrupları üzrə bölmələr fəaliyyətə başlayacaq.

Xəbər lenti