Xəzər Xəbər

Messi daha bir rekorda imza atıb

İdman | 13:50 • 22 May 2023
Messi daha bir rekorda imza atıb

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

Xezerxeber.az-ın məlumatına görə, argentinalı hücumçu cari mövsüm “Top-5” liqalarda çıxış edən oyunçular arasında bütün turnirlərdə 20 qol və 20 məhsuldar ötürməyə çatan ilk oyunçu olub.

36 yaşlı forvard Fransa Liqa 1-nin XXXVI turunda “Oser”lə keçirilən oyunda komandasının 2:1 hesablı qələbəsinə bir assistlə töhfə verib. Bu, onun mövsümdə 20-ci məhsuldar ötürməsi olub.

Qeyd edək ki, Lionel Messi cari mövsüm PSJ-nin heyətində ümumilikdə 39 oyun keçirib.

Xəbər lenti