Xəzər Xəbər

Bu klub Kilian Mbappeni transfer etmək istəyir

İdman | 13:38 • 31 Mart 2023
Bu klub Kilian Mbappeni transfer etmək istəyir

“Real Madrid” klubu 2024-cü ilin yayında PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “Real Madrid” Mbappeni bir ildən sonra pulsuz almaq üçün səbirli olmaq və növbəti transfer pəncərəsində PSJ ilə danışıqlara getməmək qərarına gəlib. Eyni zamanda, futbolçunun özü də artıq Madrid klubuna keçmək istədiyini açıqlayıb.

Bir il əvvəl imzalanmış müqaviləyə əsasən, Mbappe 2023-cü ilin yayında müqaviləni uzatma opsiyasını aktivləşdirməsə, 2024-cü ildə PSJ-dən ayrıla bilər.

İyirmi dörd yaşlı futbolçunun “Real Madrid”ə keçidi ötən il baş tutmalı idi. Ancaq fransız hücumçu son anda fikrini dəyişərək PSJ-də qalmağa qərar vermişdi.

Xəbər lenti