Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb.
Xezerxeber.az xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" klubunun üzvü M.Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.
Millimiz martın 24-də Avstriya, üç gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.