Xəzər Xəbər

“Qarabağ”-“Qalatasaray” oyununa bilet satışı başlayır

Oyun xeyriyyə məqsədi ilə keçiriləcək
İdman | 13:23 • 15 Mart 2023
“Qarabağ”-“Qalatasaray” oyununa bilet satışı başlayır

“Qarabağ” – “Qalatasaray” oyununun biletləri sabah satışa çıxarılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Qarabağ”ın rəsmi feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq:

"Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, iticket.az, iticket.az-ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopunda əldə edə bilərsiniz".

Xəbər lenti