Xəzər Xəbər

Levandovski bombardirlər siyahısına başçılıq edir

İdman | 17:12 • 10 Yanvar 2023
Levandovski bombardirlər siyahısına başçılıq edir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin üçüncü onilliyinin bombardirlərini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, 2021-ci və 2022-ci illərin cəmində ən çox qol vuran futbolçuların siyahısı bəlli olub.

Cədvələ polşalı Robert Levandovski başçılıq edir. Futbolçu 2021-ci ilin martından bəri liderliyi heç kimə verməyib. Geridə qalan iki il ərzində cəmi iki oyunçu 100 qol həddini keçə bilib ki, bunu bacaran digər futbolçu fransalı Kilian Mbappedir. Belə ki, R.Levandovskinin hesabında 111, K.Mbappedə isə 107 qol var. İlk üçlüyü 95 qolla Erlinq Haaland tamamlayır.

Siyahıda üçüncü onilliyin ilk iki ilində 50 və daha çox qol vuran 49 oyunçu yer alıb.

Xəbər lenti