Xəzər Xəbər

Levandovski dünya çempionatlarının tarixinə düşüb

İdman | 15:05 • 2 Dekabr 2022
Levandovski dünya çempionatlarının tarixinə düşüb

Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarının tarixinə düşüb.

Xezerxeber.az xəbər verir ki, 34 yaşlı hücumçu mundiallarda 2600-cü qolun müəllifi olub.

Otuz dörd yaşlı hücumçu buna Qətərdə keçirilən yarışın ikinci turunda Səudiyyə Ərəbistanı yığması ilə matçda (2:0) fərqlənməklə nail olub.

“Qətər-2022”dək turnirlərdə 2 548 qol qeydə alınıb. Levandovskinin Asiya təmsilçisi ilə matçdakı dəqiq zərbəsi hazırkı çempionatın 52-ci, forvardın turnir tarixində ilk qoludur.

Xəbər lenti