Xəzər Xəbər

Ramanada fərdi evdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Hadisə | 17:26 • 2 Mart 2024
Ramanada fərdi evdə baş verən yanğın söndürülüb

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

16:57

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ev yanır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Xəbər lenti