Xəzər Xəbər

Bank kartlarından oğurluq edən daha iki nəfər saxlanılıb FOTO

Hadisə | 16:25 • 9 Dekabr 2023
Bank kartlarından oğurluq edən daha iki nəfər saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024