Xəzər Xəbər

Şəkidə Türkiyə vətəndaşına məxsus “TIR” YANDI

Hadisə | 15:32 • 2 Dekabr 2023
Şəkidə Türkiyə vətəndaşına məxsus  “TIR”

Şəkidə “TIR” yanıb.

Xezerxeber.az-ın məlumatına görə, yanğın hadisəsi günorta saat 14 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndinin inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobilinin ön hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024