Xəzər Xəbər

Gəncədə qardaş bacısını "Instagram"a girdiyinə görə ÖLDÜRDÜ

Hadisə | 09:58 • 27 Noyabr 2023
Gəncədə qardaş bacısını "Instagram"a girdiyinə görə

Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Gəncə şəhər prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir. (apa)

Xəbər lenti

Çox oxunanlar