Xəzər Xəbər

Azərbaycana 60 kq narkotik vasitə gətirən üç nəfər tutulub FOTO

Hadisə | 16:26 • 30 Sentyabr 2023
Azərbaycana 60 kq narkotik vasitə gətirən üç nəfər tutulub

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları əməliyyatlar davam etdirir.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a bildiriblər ki, tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən üç nəfər - əvvəllər məhkum olunmuşlar 1987-ci il təvəllüdlü Tural Həsənov tanışı 1993-cü il təvəllüdlü Pünhan Mehdizadə və 1995-ci il təvəllüdlü Mahir Aslanlı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıblar.

Onlardan, idarə etdikləri avtomobil və yaşayış ünvanlarından 60 kiloqram, o cümlədən güclü təsirə malik 41 kiloqram heroin, 19 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 2 min ədəd “metadon” həbi, elektron tərəzilər və narkotiklərin qanunsuz dövriyyəsi zamanı əldə edilən pul vəsaitlərinin nağdlaşdırılmasında bilavasitə istifadə olunan bank kartları aşkarlanıb.

Araşdırmalarla T.Həsənov, P.Mehdizadə və M.Aslanlının şəxsiyyətləri istintaqla araşdırılan “Münəccim” və “Səxavət” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri Biləsuvar və Qaradağ rayonları ərazisində yol kənarında gizlədilən yerdən satmaq məqsədilə əldə etdikləri müəyyənləşdirilib. Saxlanılan şəxslər ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sonda DİN-in vətəndaşları diqqətli və məsuliyyətli olmağa, o cümlədən sosial şəbəkələrdə narkotik maddələr təklif edən əsasən xaricdən idarə olunan səhifələrin yalan, həmçinin şirnikləndirici vədlərinə inanmamağa çağırır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024