Xəzər Xəbər

Usta çoxmərtəbəli binadan yıxılaraq ölüb

Hadisə | 17:13 • 20 Sentyabr 2023
Usta çoxmərtəbəli binadan yıxılaraq ölüb

Sumqayıtda usta işlədiyi binadan yıxılaraq ölüb.

Xezerxeber.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.

Rubrikanın digər xəbərləri

Xırdalanda gənc qız itkin düşüb
Xırdalanda gənc qız itkin düşüb FOTO
19:48 • 23 Mart 2025
Sabirabadda 3 otaqlı evdə
Sabirabadda 3 otaqlı evdə YANĞIN
14:48 • 22 Mart 2025
Bakıda evdə
Bakıda evdə YANĞIN
14:04 • 21 Mart 2025
Bakıda evdən 20 min manatlıq
Bakıda evdən 20 min manatlıq
12:48 • 21 Mart 2025
Ağsuda
Ağsuda ZƏLZƏLƏ
09:11 • 21 Mart 2025

Xəbər lenti