Xəzər Xəbər

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Hadisə | 10:44 • 29 Mart 2023
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Paytaxtın Xətai və Nəsimi rayonları ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə saxlanılıb.

Xezerxeber.az xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 28-də gecə saat 1 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtosalonlardan birinin qarşısından “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Maarif Əzizov keçirilən operativ tədbirlərlə saat 2 radələrində avtomobillə saxlanılıb.

Martın 27-də saat 8 radələrində Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Rəşad Abdullayev müəyyən olunaraq tutulub.

Faktlarla bağlı Xətai və Nəsimi Rayon Polis idarələrində araşdırmalar aparılır.

Xəbər lenti