Xəzər Xəbər

Suraxanıda mənzildə yanğın olub, 1 nəfər yanaraq ölüb

Hadisə | 12:43 • 28 Mart 2023
Suraxanıda mənzildə yanğın olub, 1 nəfər yanaraq ölüb

Bakıda mənzildə yanğın olub.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.