Xəzər Xəbər

Əfv sərəncamı 154 nəfərə şamil edilib

Gündəm | 19:05 • 25 May 2024
Əfv sərəncamı 154 nəfərə şamil edilib

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 154 nəfər əfv edilib.

Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Rubrikanın digər xəbərləri

Ərdoğan gələn ay Şuşaya
Ərdoğan gələn ay Şuşaya səfər edəcək
15:25 • 12 İyun 2024
“Qafqaz Qartalı - 2024” birgə təlimi
“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb
12:55 • 12 İyun 2024
Azərbaycan və İranda taktiki
Azərbaycan və İranda taktiki təlimlər
19:36 • 11 İyun 2024
Ceyhun Bayramov Berbok ilə
Ceyhun Bayramov Berbok ilə GÖRÜŞÜB
16:25 • 11 İyun 2024
DTX Azərbaycanda casusluq edən əcnəbini
DTX Azərbaycanda casusluq edən əcnəbini YAXALADI
16:15 • 11 İyun 2024
Daxili Qoşunların Hərbi İnstitutuna rektor
Daxili Qoşunların Hərbi İnstitutuna rektor təyin edilib
15:40 • 11 İyun 2024

Xəbər lenti

Çox oxunanlar