Xəzər Xəbər

Almaniya XİN: Azərbaycan və Ermənistan arasında sülhə gedən yolu dəstəkləməyə hazırıq

Gündəm | 16:51 • 20 Aprel 2024
Almaniya XİN: Azərbaycan və Ermənistan arasında sülhə gedən yolu dəstəkləməyə hazırıq

Almaniya Azərbaycan və Ermənistan arasında davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır.

Xezerxebe.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşımda bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırır.

"Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır", - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti