Xəzər Xəbər

Ordumuzun mövqelərinə atəş açılıb

Gündəm | 19:07 • 12 Aprel 2024
Ordumuzun mövqelərinə atəş açılıb

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024