Xəzər Xəbər

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığa dair yeni sənəd imzalandı FOTO

Gündəm | 19:21 • 4 Mart 2024
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığa dair yeni sənəd imzalandı

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024