Xəzər Xəbər

Bəzi xəstəxanalara direktorlar təyin edilib FOTO

Gündəm | 18:37 • 4 Mart 2024
Bəzi xəstəxanalara direktorlar təyin edilib

Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.

Xezerxeber.az-ın xəbərinə görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb.

Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına isə İmran Qurbanov təyin olunublar. İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb.

 

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024