Xəzər Xəbər

Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib? RƏSMİ AÇIQLAMA

Gündəm | 17:09 • 4 Mart 2024
Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib?

Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə bağlı Baş Prokurorluq açıqlama yayıb.

Xezerxeber.az-ın bildirdiyinə görə, açıqlamada deyilir ki, bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.

Qeyd edilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir: "Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik".

Prokurorluq bununla bağlı əlavə məlumatın veriləcəyini bildirib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024