Xəzər Xəbər

Prezident Əsgər Rəsulovu ordenlə təltif etdi

Gündəm | 16:03 • 2 Mart 2024
Prezident Əsgər Rəsulovu ordenlə təltif etdi

Əsgər Adil oğlu Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Əsgər Adil oğlu Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əsgər Rəsulov Milli Arxiv İdarəsinin rəisidir. Martın 3-də onun 70 yaşı tamam olur. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024