Xəzər Xəbər

Azərbaycanda yeni qəsəbə yaradılır

Gündəm | 10:49 • 1 Mart 2024
Azərbaycanda yeni qəsəbə yaradılır

Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024