Xəzər Xəbər

XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılmasına MÜNASİBƏT

Gündəm | 10:29 • 21 Fevral 2024
XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılmasına

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb.

Xezerxeber.az-ın xəbərinə görə, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

"Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək",- deyə o bildirib.

Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024