Xəzər Xəbər

Kəlbəcərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Gündəm | 20:00 • 2 Oktyabr 2023
Kəlbəcərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək  Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də atılıb.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti

Çox oxunanlar