Xəzər Xəbər

Azərbaycan Türkiyəyə partlayışla bağlı başsağlığı verib

Gündəm | 13:31 • 10 İyun 2023
Azərbaycan Türkiyəyə partlayışla bağlı başsağlığı verib

Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd edilib.

"Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik. Başın sağ olsun, Türkiyə", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu gün Türkiyənin Almadağ qəsəbəsində yerləşən raket və partlayıcı zavodunda partlayış olub. Türkiyə Milli Müdafiə Nazirliyi partlayış nəticəsində 5 işçinin həlak olduğunu açıqlayıb.

Xəbər lenti