Xəzər Xəbər

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması əlaqələri qaydaya salmaq imkanı verəcək

Gündəm | 18:09 • 8 İyun 2023
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması əlaqələri qaydaya salmaq imkanı verəcək

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun bütün dövlətlərinə ticarət əlaqələrini qaydaya salmaq imkanı verəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasının iştirakçısı, Sərhəd Qoşunlarının Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov deyib.

“Belə olan halda ticarət sahmana salınacaq, insanlar həm ticarət, həm də ünsiyyət imkanı qazanacaq. Avtomatın nişangahına baxmaq əvəzinə, bir-biri ilə ünsiyyət qurmaq və ticarət etmək daha yaxşıdır”, - deyə Aleksandr Manilov bildirib.

Xəbər lenti