Xəzər Xəbər

Azərbaycan Hindistana başsağlığı verib

Gündəm | 11:15 • 3 İyun 2023
Azərbaycan Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

"Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri dərindən kədərləndi. Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, Hindistan xalqının və hökumətinin kədərini bölüşürük" - paylaşımda bildirilib.

Qeyd edək ki, Hindistanın şərqində qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb. Hadisə nəticəsində 288 nəfər ölüb. 

Xəbər lenti