Xəzər Xəbər

Azərbaycanın Rusiyadakı səfiri Moskvada üçtərəfli razılaşmaların icrasına dair görüş keçirib

Gündəm | 17:51 • 31 Mart 2023
Azərbaycanın Rusiyadakı səfiri Moskvada üçtərəfli razılaşmaların icrasına dair görüş keçirib

Martın 31-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

Xezerxeber.az Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş zamanı konstruktiv şəkildə ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri nəzərdən keçirilib.

Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub.

Xəbər lenti