Xəzər Xəbər

Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib XİN

Gündəm | 16:31 • 31 Mart 2023
Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddiaları şərh edərkən ifadə edib.

“Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib",-deyə .A.Hacızadə qeyd edib.

Xəbər lenti