Xəzər Xəbər

Ukrayna Portuqaliya ilə 126 milyon avroluq təhlükəsizlik sazişi imzalayıb

Dünya | 09:05 • 29 May 2024
Ukrayna Portuqaliya ilə 126 milyon avroluq təhlükəsizlik sazişi imzalayıb

Ukrayna Portuqaliya ilə Lissabonun 126 milyon avroluq hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin saytında məlumat verilib.

“Lissabonda Ukrayna Prezidenti Volodimir Zelenski və Portuqaliyanın Baş naziri Luis Monteneqronun təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli sazişi imzalanıb. Portuqaliya bu il ən azı 126 milyon avroluq hərbi yardım göndərəcək”, - məlumatda deyilir.

Saziş 10 illik müddətə nəzərdə tutulub.

Xəbər lenti