Xəzər Xəbər

İrəvanda etiraz aksiyasının 200-ə yaxın iştirakçısı saxlanılıb

Dünya | 11:06 • 27 May 2024
İrəvanda etiraz aksiyasının 200-ə yaxın iştirakçısı saxlanılıb

İrəvanda baş nazir Nikil Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı 196 nəfər saxlanılıb.

Xezerxeber.az “Sputnik-Armeniya” saytına istinadla xəbər verir ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

Etirazçılar İrəvanda bir sıra küçələri, həmçinin regionlararası əhəmiyyətə malik magistral yolları və küçələri bağlayıblar. Polisin qanuni tələblərini yerinə yetirməyən aksiya iştirakçıları saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları mayın 9-dan bəri davam edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024