Xəzər Xəbər

Litvanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Dünya | 09:56 • 27 May 2024
Litvanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Litvanın hazırkı prezidenti Gitanas Nauseda prezident seçkilərinin ikinci turunda 74,43 faiz səslə qalib gəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Baş Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, onun rəqibi, Baş nazir İnqrida Simonyte 24,06 faiz səs toplayıb. Simonyte artıq məğlubiyyətini etiraf edib və Nausedanı ikinci dəfə dövlət başçısı olması münasibətilə təbrik edib.

Litvanın milli radiosu LRT portalı bildirib ki, ikinci turda seçici fəallığı 49,6 faiz təşkil edib.

Mayın 12-də Litvada prezident seçkilərinin birinci turu keçirilib və bu turda Nauseda 44,19 faiz, Simonit isə 19,78 faiz səs toplayıb. İlk turda prezidentliyə ümumilikdə 8 namizəd mübarizə aparıb. Onların heç biri 50 faizə çatmadığından ikinci tur mayın 26-na təyin edilib.

Rubrikanın digər xəbərləri

Həcc ziyarəti zamanı 577 zəvvar
Həcc ziyarəti zamanı 577 zəvvar HƏYATINI İTİRDİ
08:56 • 19 İyun 2024
İranda zəlzələ olub
İranda zəlzələ olub ÖLƏNLƏR VAR
17:29 • 18 İyun 2024
İsrail generalından Rəfahda hərbi əməliyyatlar
İsrail generalından Rəfahda hərbi əməliyyatlar BARƏDƏ
17:58 • 17 İyun 2024
Həcc ziyarəti zamanı onlarla
Həcc ziyarəti zamanı onlarla insan öldü
19:51 • 16 İyun 2024
Ermənistanda etirazçıların kütləvi həbsinə
Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI
12:03 • 15 İyun 2024

Xəbər lenti