Xəzər Xəbər

ABŞ-da qasırğa nəticəsində azı 15 nəfər ölüb

Dünya | 09:25 • 27 May 2024
ABŞ-da qasırğa nəticəsində azı 15 nəfər ölüb

ABŞ-ın mərkəzi ştatlarında baş vermiş qasırğa nəticəsində azı 15 nəfər ölüb.

Xezerxeber.az-ın verdiyi məlumata görə, Texas, Oklahoma və Arkanzas ştatlarında baş vermiş güclü külək evləri dağıdıb, avtomobilləri aşırdıb, magistral yollar bağlanıb. Qasırğa nəticəsində xəsarət alanlar helikopterlər vasitəsilə xəstəxanalara çatdırılıb. İnsanlar sığınacaqlara yerləşdirilib. On minlərlə sakin elektriksiz qalıb.

Qeyd edək ki, bu həftə Ayova ştatında baş verən qasırğa azı 5 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Meteoroloqlar şənbə günü gecə və bazar günü səhər saatlarında bölgədə fırtına ehtimalı ilə bağlı əhaliyə xəbərdarlıq etmişdilər.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024