Xəzər Xəbər

G7 ölkələri: Ukraynaya vurduğu ziyanı ödəyənə kimi Rusiyanın aktivləri dondurulacaq

Dünya | 19:18 • 25 May 2024
G7 ölkələri: Ukraynaya vurduğu ziyanı ödəyənə kimi Rusiyanın aktivləri dondurulacaq

“Böyük Yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Ukraynaya vurduğu ziyanı ödəyənə qədər Rusiyanın aktivlərinin dondurulacağını açıqlayıblar.

Xezerxeber.az xəbər verir ki, bu barədə İtaliyanın G7-yə sədrliyi çərçivəsində keçirilən görüşdə nazirlərin yaydığı bəyanatda deyilir. Həmçinin iyunda keçiriləcək sammitdə G7 ölkələrinin liderlərinin nəzərdən keçirməsi üçün Ukraynaya kreditlərin ayrılması ilə bağlı variantların təqdim ediləcəyi bildirilib.

Bundan başqa, nazirlər Çinlə bağlı narahatlıqlarını da ifadə ediblər. “Biz Çinin işçilərimizi, sənayelərimizi və iqtisadi dayanıqlığımızı sarsıdan qeyri-bazar siyasəti və təcrübələrindən geniş şəkildə istifadə etməsindən narahatıq”, - deyə bəyanatda qeyd olunub. O cümlədən Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun olaraq Çinlə bağlı bərabər şəraitin təmin edilməsi üçün birgə addımların atılması nəzərdən keçiriləcək.

G7-nin maliyyə nazirləri qlobal minimum vergi sazişinin ilk mərhələsini bu ilin iyun ayının sonuna qədər imzalamağı hədəfləyirlər. Nazirlər İsraili təcili maliyyə ehtiyaclarını nəzərə alaraq saxlanılan gömrük gəlirlərini Fələstin hakimiyyətinə verməyə çağırıblar. Həmçinin İsraili İsrail və Fələstin bankları arasında müxbir bank xidmətlərinin davam etdirilməsini təmin etməyə səsləyiblər.

Qeyd edək ki, İtaliya G7-yə sədrlik edir və iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.

Rubrikanın digər xəbərləri

Kanada Rusiyaya qarşı sanksiyaları
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:30 • 13 İyun 2024
Moskvadan İrəvana növbəti
Moskvadan İrəvana növbəti ÇAĞIRIŞ
19:01 • 13 İyun 2024
Belarus İrəvandakı səfirini
Belarus İrəvandakı səfirini GERİ ÇAĞIRIR
17:00 • 13 İyun 2024
Türkiyədə terrorçulara qarşı
Türkiyədə terrorçulara qarşı əməliyyat
09:51 • 13 İyun 2024
Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti
Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti dayandırır
19:48 • 12 İyun 2024
Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə
Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə düzəliş edib
18:48 • 12 İyun 2024

Xəbər lenti

Çox oxunanlar