Xəzər Xəbər

Rusiya Xarkovu "S-300"lə vurub, həlak olanlar var

Dünya | 15:13 • 23 May 2024
Rusiya Xarkovu "S-300"lə vurub, həlak olanlar var

Rusiyanın ordusunun gün ərzində Xarkovu "S-300" raketləri ilə hədəfə alması nəticəsində 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

Xezerxeber.az yerli “Unian“a istinadən xəbərinə görə, bunu vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov şəhər meri İqor Terexovla birgə mətbuat konfransında bildirib.

O deyib ki, hava reydi zamanı mülki infrastruktura ciddi ziyan dəyib, habelə bir mətbəənin binası yararsız hala salınıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024