Xəzər Xəbər

İsrail Rəfaha hərbi hücumunu təxirə salDı

Dünya | 18:36 • 15 Aprel 2024
İsrail Rəfaha hərbi hücumunu

İsrail Rəfaha hərbi hücumunu təxirə salıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, İranın İsrailə həftəsonu raket və pilotsuz uçuş aparatlarından zərbə endirməsindən sonra İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə çoxdan gözlənilən hərbi hücumunu təxirə salmaq qərarı verib.

CNN adı açıqlanmayan iki israilli mənbəyə istinadən bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) bazar ertəsi şəhərdən evakuasiya əmri verəcəkdi, lakin bu məsələ arxa plana atılıb.

Xəbər lenti