Xəzər Xəbər

Qəzzada həlak olan fələstinlilərin sayı 30,5 min nəfəri ötüb

Dünya | 16:41 • 4 Mart 2024
Qəzzada həlak olan fələstinlilərin sayı 30,5 min nəfəri ötüb

Qəzza sektorunda hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 30 min 534 nəfərə, yaralıların sayı isə 71 min 920 nəfərə yüksəlib.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində 124 fələstinlinin həlak olduğunu, daha 210 nəfərin isə yaralandığını açıqlayıb.

BMT-nin məlumatına görə, Qəzza sektorunun blokadası nəticəsində ərzaq, içməli su və dərman qıtlığı yaranıb, hərbi əməliyyatlar səbəbindən əhalinin 85 faizi məcburi köçkün vəziyyətinə düşüb. Eyni zamanda, Fələstin anklavında infrastrukturun 60 faizi dağılıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.

Xəbər lenti

Çox oxunanlar