Xəzər Xəbər

"Zvartnots" hava limanında qərarları erməni sərhədçilər qəbul edir - Azatxanyan

Dünya | 13:26 • 2 Mart 2024
"Zvartnots" hava limanında qərarları erməni sərhədçilər qəbul edir - Azatxanyan

"Zvartnots" hava limanında sərhədləri keçməklə bağlı qərarları erməni sərhədçilər qəbul edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Sərhəd Xidmətinin veteranı Lev Azatxanyan erməni mediasına deyib.

Onun sözlərinə görə, Ermənistan müstəqillik qazananda öz mütəxəssisləri olmayıb. 1992-ci ildə Ermənistan ərazisindəki Rusiya Sərhəd Qoşunlarının statusu barədə Müqavilə imzalananda isə Rusiya sərhədçiləri "Zvartnots" hava limanında öz funksiyalarını yerini yetirib.

2005-ci ildə imzalanan yeni müqavilə isə erməni sərhədçilərin hazırlanmasını nəzərdə tutub.

"Hər hansı mübahisəli məqam olduqda isə qərarı Ermənistan tərəfi qəbul edir", - deyə Azatxanyan bildirib.

Xəbər lenti