Xəzər Xəbər

Rusiya prezident seçkilərinə AŞPA-dan müşahidəçilər dəvət etməyəcək

Dünya | 18:18 • 26 Yanvar 2024
Rusiya prezident seçkilərinə AŞPA-dan müşahidəçilər dəvət etməyəcək

Rusiya AŞPA nümayəndələrini bu ilin martında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət etməyəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqdə bildirib.

O deyib ki, hazırda Rusiya seçkiləri müşahidə etmək üçün xarici ölkələrin nümayəndələrinə, MDB və ŞƏT kimi təşkilatlara dəvətlər göndərir.

M.Zaxarova vurğulayıb ki, Rusiya Avropa Şurasında üzvlükdən imtina edib və bu baxımdan AŞPA nümayəndələrinin müşahidəçi kimi dəvət olunması qəribə görünərdi.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu il martında keçiriləcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024