Xəzər Xəbər

İranda neft çəninə girən 5 işçi zəhərli qazdan ölüb

Dünya | 17:13 • 10 Dekabr 2023
İranda neft çəninə girən 5 işçi zəhərli qazdan ölüb

İranın Lorestan əyalətində neft ötürmə stansiyasında yanacaq çəninin texniki xidməti ilə məşğul olan 5 işçi zəhərli qaza məruz qalaraq ölüb.

İranın Mehr Xəbər Agentliyinin məlumatına görə, Kuhdəşt vilayətinin qubernatoru Məhəmməd Muradi Kefrac hadisə ilə bağlı açıqlama verib. 

Kefrac bildirib ki, 5 işçi dünən günorta saatlarında Lorestan əyalətinin Kuhdəşt şəhərindəki Berdaspi Neft Transfer Stansiyasına 20 milyon litrlik neft çəninin təmiri üçün onun içinə daxil olub.

Çəndə sıxışmış işçilərin çıxarılması üçün işlərin davam etdiyini bildirən Kefrac hadisə yerinə Tehran, Xuzistan və Mərkəzi əyalətdən ekspert qruplarının gəldiyini bildirib. Kefrac çəndəki yağı boşaltmağa başladıqlarını və bunun uzun sürə biləcəyini, boşaldılandan sonra içəridə sıx qazın olacağını bildirib.

İran Neft Kəməri və Telekommunikasiya Şirkətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İzetullah Mirhüseyni bildirib ki, şənbə günü günortadan sonra baş verən insidentdə işçilər hidrogen sulfid qazına məruz qalıb.

Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Mirhüseyni, "Luristan bölgəsindəki Berdaspi neft nəqli mərkəzində baş verən qəzadan sonra təəssüf ki, 5 işçi həyatını itirdi" deyib. (APA)

Xəbər lenti

Çox oxunanlar