Xəzər Xəbər

Ukraynada deputatlar və məmurlar orduya səfərbər edilə bilərlər

Dünya | 18:27 • 3 Dekabr 2023
Ukraynada deputatlar və məmurlar orduya səfərbər edilə bilərlər

Ukrayna deputatlarının və rəsmilərinin səfərbər edilməsi ilə bağlı petisiyaya baxılması üçün tələb olunan 25 min səs toplanıb.

Xezerxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, petisiya deputatların, hərbi qulluqçuların və ehtiyatda olanların səfərbərliyə cəlb edilməsini nəzərdə tutur. 

Müvafiq petisiya sentyabrın beşində Volodimir Zelenskinin saytında qeydə alınıb. Təşəbbüskar Ukrayna Ali Radasının deputatı, hazırda dövlətə xəyanətdə şübhəli bilinərək həbsdə olan Aleksandr Dubinski olub.

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024