Xəzər Xəbər

Türkiyədə axtarışda olan 1034 nəfər saxlanılıb

Dünya | 13:44 • 28 Noyabr 2023
Türkiyədə axtarışda olan 1034 nəfər saxlanılıb

Türkiyənin 81 əyalətində həyata keçirilən "Çember-7" əməliyyatları nəticəsində axtarışda olan 1034 nəfər saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.

Nazirin sözlərinə görə, 81 əyalətdə eyni zamanda həyata keçirilən əməliyyata 24 min 483 nəfərlik personal cəlb olunub.

Qeyd edilib ki, saxlanılan şəxslər arasında 13 nəfər qətldə, 342 nəfər oğurluqda, 239 nəfər insan yaralamada, 43 nəfər cinsi təcavüzdə, 54 nəfər qarətdə, 148 dələduzluqda, 90 nəfər narkotik alverində, 9 nəfər silahlı terror qruplaşmalarına qoşulmaqda, 2 nəfər isə FETÖ-yə üzv olmaqda ittiham olunur.

Türkiyəli nazir uğurlu əməliyyat münasibətilə müvafiq qurum və əməkdaşları təbrik edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024