Xəzər Xəbər

Ukraynada qeyri-sabit hava şərait nəticəsində 5 nəfər ölüb

Dünya | 08:53 • 28 Noyabr 2023
Ukraynada qeyri-sabit hava şərait nəticəsində 5 nəfər ölüb

Ukraynada qeyri-sabit hava şəraiti nəticəsində ölən və yaralananlar var. Pis havanın qurbanlarının əksəriyyəti Odessa vilayətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində məlumat verib.

Dövlət başçısı pis hava şəraitinə görə insan itkisinə yol verməmək üçün yerlərdə maksimum səy göstərməyin vacibliyini vurğulayıb.

“Təəssüf ki, bu günə kimi 5 nəfər ölüb. Onların əksəriyyəti Odessa vilayətindəndir. Onların ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - deyə Zelenski bildirib.

Bundan əlavə, təbii fəlakət nəticəsində ən azı 19 nəfərin xəsarət aldığı bildirilir. Onlara tibbi yardım göstərilib.

Zelenski həmçinin xəbərdarlıq edib ki, siklonun episentri hazırda ölkənin şimal bölgələrinə doğru hərəkət edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024