Xəzər Xəbər

“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb

Dünya | 16:00 • 25 Sentyabr 2023
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb

ABŞ “Abrams” tanklarının ilk partiyasını Ukraynaya nəzərdə tutulan vaxtdan əvvəl çatdırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ-ın iki rəsmi şəxsinə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, tanklar Kiyevə “vaxtından bir neçə ay əvvəl çatdırılıb və Ukraynanın əks-hücum əməliyyatlarında istifadə oluna bilər”. Nəşrin həmsöhbətləri onu da bildiriblər ki, qalan tanklar yaxın aylarda təhvil veriləcək. Lakin rəsmilər hazırda Ukraynaya nə qədər “Abrams” göndərildiyini açıqlamayıblar.

Sentyabrın 21-də ABŞ Prezidenti Co Bayden Ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı “Abrams” tanklarının bu həftə Ukraynaya çatdırılması planlarını açıqlamışdı.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024