Xəzər Xəbər

İrəvan polisi etiraz aksiyasının 30 iştirakçısını saxlayıb

Dünya | 12:50 • 21 Sentyabr 2023
İrəvan polisi etiraz aksiyasının 30 iştirakçısını saxlayıb

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasının 30 nəfər fəal iştirakçısı polis tərəfindən saxlanılıb.

Xezerxeber.az Ermənistan mediasına istinadla xəbər verir ki, saxlanılanlardan 28-i cinayət məsuliyyətinə cəlb oluna bilər. Onların işinə İstintaq Komitəsində baxılacaq. İki nəfərin isə inzibati məsuliyyətə cəlb olunacağı gözlənilir.

Sentyabrın 20-də İrəvan şəhərinin mərkəzində etirazçılarla polis arasında qarşıdurma yaranıb. Nümayişçilər hökumət binasını və polisləri daşa basıblar. Bundan sonra polis fəal etirazçıların həbsinə başlayıb.

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən nümayişlər Azərbaycan ordusunun Qarabağda apardığı antiterror tədbirləri fonunda bərpa olunub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024