Xəzər Xəbər

Türkiyədə səsvermə bülletenlərinin 90 faizindən çoxu sayılıb ƏRDOĞAN LİDERDİR/YENİLƏNİR

Dünya | 02:06 • 15 May 2023
Türkiyədə səsvermə bülletenlərinin 90 faizindən çoxu sayılıb

Türkiyədə Prezident seçkiləri ilə bağlı nəticələr açıqlanır. 

Xezerxeber.az TRT-yə istinadən xəbər verir ki, nəticələrə əsasən hazırkı dövlət başçısı “Cumhurittifaqı” namizədi Rəcəb Tayyib Ərdoğan 49,86% səslə birinci yerdədir. “Millət İttifaqı”nın namizədi Kəmal Kılıçdaroğlu 44,38% səslə ikinci, “ATA” İttifaqının namizədi Sinan Oğan isə 5,30% səslə üçüncü yerdə qərarlaşıb.

Açıqlanan nəticələr 11,34% seçicilərin səsidir. Seçkilərdə aktivlik isə 87,83% olub.

Xəbər lenti